Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əl-Buxəyti çıxışında deyib: “Gəmilərin hədəfə alınması gəmiçilik şirkətlərinə güclü mesajdır ki, biz İsraili mühasirəyə almaqda ciddiyik”.
az.rasthaber.com xəbər verir ki, bu bəyanatlar Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Sərinin çərşənbə günü günortadan sonra verdiyi bəyanatdan sonra açıqlanıb: Yəmən Hərbi Dəniz Qüvvələri məzlum Fələstin xalqına və onun qəhrəman mücahidlərinə dəstək olaraq, işğal altındakı Fələstinin Umm ər-Rəşraş (Eylat) limanına doğru hərəkət edən ticarət gəmisini (ETERNITY C) PUA və 6 qanadlı və ballistik raketlə hədəfə alıb. Bu əməliyyat gəminin tamamilə batması ilə nəticələndi və əməliyyat audio və video ilə tam sənədləşdirildi.