İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi “İrandan bir qarış belə ərazinin alınmasına icazə verməyəcəyik” deyib.
Az.rasthaber.com xəbər verir ki, İran ordusunun baş komandanı general-mayor Əmir Hatəmi, İran ordusunun koordinatorunun müavini kontr-admiral Həbibullah Səyyari və Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həmid Vəhidi ordu hissələrinin döyüş qabiliyyətini qiymətləndirmək üçün bu gün Tehrandakı Şəhid Ləşkəri Hərbi Hava Bazasını ziyarət ediblər.
General-mayor Hatəmi açıqlamasında İran Ordusunun ölkəni bütün gücü ilə müdafiə etmək vəzifəsini yerinə yetirdiyini bildirərək deyib:
"İrandan bir qarış belə ərazinin alınmasına icazə verməyəcəyik. Bunu səkkiz illik Müqəddəs Müdafiə Müharibəsində nümayiş etdirdik".