Suriyanın Hələb şəhərində hava limanı yaxınlığındakı hərbi bazada güclü partlayış baş verib. Havaya qalxan qatı tüstü şəhərdə vahimə yaradıb. Səlahiyyətlilər hələ ki, rəsmi açıqlama verməyiblər.
Az.rasthaber.com xəbər verir ki, Suriyanın Hələb şəhərində hava limanı yaxınlığındakı hərbi bazada güclü partlayış baş verib.
Bildirilir ki, partlayış nəticəsində qatı tüstü havaya qalxaraq sürətlə Hələbi doldurub. Hadisə Hələbdə geniş iğtişaşlara səbəb olub, lakin hakimiyyət hələ ki, rəsmi açıqlama verməyib.