3.04.2021 14:41:07
Vəhabi şeyxlər son 18 ildə 2500 təkfirçi fətva veriblər
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Müsəlman Alimlər Birliyi rəsmisi vəhabi şeyxlərin 18 il ərzində 2500 təkfirçi fətva verdiyini, bunun da İraqda 5 mindən çox insanın qətlə yetirilməsinə səbəb olduğunu yaydığı bəyanatda bildirib.
İraqın Diyalə vilayətindəki Müsəlman Alimlər Birliyinin şöbə sədri Cabbar əl Mamuri bu barədə deyib: "İraqlılar, dini mərkəzlərə hakim olan və on minlərlə məsum mülki vətəndaşın öldürülməsi və yaralanması ilə nəticələnən radikal ideologiyanın hədəfindən əziyyət çəkməkdədirlər."
O həmçinin qeyd edib ki, 2003-cü ildən bu günə qədər 5 mindən çox Səudiyyəli kamikadze İraq xalqı arasında özlərini partlatmış və indi, Səudiyyəlilərin partlayıcı kəmərləri və radikal təkfirçi ideologiyasının qurbanları maddi təzminat tələb etmək İraq xalqının haqqıdır.