Venesuela Rusiya, Çin, Kuba və İranla silahlanma ilə bağlı əməkdaşlığı davam edəcək

Venesuela Rusiya, Çin, Kuba və İranla silahlanma ilə bağlı əməkdaşlığı davam edəcək

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Rasthaber Azərbaycan  “Russia Today”-a istinadən xəbər verir ki, Venesuela Rusiya, Çin, Kuba və İranla əməkdaşlığı davam etdirərək özünün silahlanma sistemini yaratmaq niyyətindədir.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Onun sözlərinə görə, bunun üçün ölkədə xüsusi elmi-hərbi şura yaradılır.

“Bizim Rusiya, Çin, Kuba, İranla, bütün dünya ilə kooperasiyanı davam etdirərək öz şəxsi silahlanma sistemimizi yaratmaq üçün hər şeyimiz var. Onlardan elmi və texnoloji dəstək almağa davam edəcəyik, xüsusilə də silahlanma sahəsində. Lakin biz müstəqilliyə doğru hərəkət etməliyik”, – deyə Maduro Venesuela Silahlı Qüvvələrinin Operativ Strateji Komandanlığının yaradılmasının 15-ci ildönümündə çıxış edərkən bildirib.

Xəbəri paylaş

VİDEOLAR