Venesuela ABŞ bort nömrəli təyyarəni vurdu - FOTO

Venesuela ABŞ bort nömrəli təyyarəni vurdu - FOTO

Venesuela Silahlı Qüvvələri (SQ) ölkənin hava məkanını pozan ABŞ bort nömrəli təyyarəni vurub.

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, Venesuela Silahlı Qüvvələri (SQ) ölkənin hava məkanını pozan ABŞ bort nömrəli təyyarəni vurub.

“Vahid Aerokosmik Müdafiə komandanlığı ölkənin hava məkanında ABŞ bort nömrəli təyyarə müəyyən edib və onu, qanuna əsasən, hərbi aviasiyamızın təyyarələri ilə neytrallaşdırdı”, – deyə qeyd edilir.

Yanan qalıqların şəkilləri də paylaşılıb.

İlkin ehtimala görə, həmin təyyarə narkotacirlərə məxsus olub.

VİDEOLAR