Vaksin pasportu yalnız buster doza ilə müddətsiz olacaq

Vaksin pasportu yalnız buster doza ilə müddətsiz olacaq

Ş.Mövsümov buster doza (üçüncü doza) qəbul etdikdən sonra həmin sertifikatı müddətsiz olacağını deyib.

Rasthaber Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

"Fevralın 15-dən sonra vaksin sertifikatının müddəti 6 ay olacaq, 6 ay keçdikdən sonra sertifikatın müddəti bitmiş olur. Fevralın 15-nə qədər bütün vaksin sertifikatları qüvvədə olacaq", - deyə Ş.Mövsümov əlavə edib.

Ş.Mövsümov buster doza (üçüncü doza) qəbul etdikdən sonra  həmin sertifikatı müddətsiz olacağını deyib.

"Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da məhdudiyyət tətbiq edilsin. Amma hazırda buster dozadan sonra vaksin sertifikatı müddətsizdir", - o bildirib.

Xəbəri paylaş

VİDEOLAR