ÜST Türkiyəni təbrik edib

ÜST Türkiyəni təbrik edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional direktoru Doktor Hans Kluge Türkiyəni təbrik edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə Nazirliyinin bununla bağlı bəyanatında bildirilib ki, nazir Fahrettin Kocanın ÜST-ün Avropa Regional direktoru Kluge ilə video- konfrans formatında keçirdiyi yığıncaqda Avropa bölgəsindəki yeni növ koronavirusun (Covid-19) yoluxma hallarındakı artım, mutasiya və Türkiyədəki mövcud vəziyyət ilə peyvənd fəaliyyətləri müzakirə edildi. Kluge epidemiya ilə mübarizədə ÜST-ün tövsiyələrini yerinə yetirdiyi üçün Türkiyəyə təşəkkür edərək, "Prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyətləri və rəhbərliyi bütün ölkələr tərəfindən təqdirlə qarşılanır. Güclü məlumat və məlumat çatdırılma sisteminiz olduğuna görə sizi təbrik etmək istəyirəm. Eyni zamanda Türkiyədə peyvənd işləri, sürətli diaqnoz dəstləri işləri və virusun genom ardıcıllığı sahəsində gördüyünüz işlərin həcmini artığınıza görə də təbrik edirəm" deyib.

Xəbəri paylaş

VİDEOLAR