Dünyada COVİD 19-a yoluxanların sayı son sutka ərzində 348 mindən çox artıb.
Dünyada COVİD 19-a yoluxanların sayı son sutka ərzində 348 mindən çox artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.
Məlumata əsasən, ötən sutka ərzində 348 281 nəfər yeni koronavirusa yoluxub, 7 807 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 114 428 211, ölənlərin isə 2 543 755 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.