ÜST koronavirus peyvəndini bu şərtlə təsdiq edəcək

ÜST koronavirus peyvəndini bu şərtlə təsdiq edəcək

Bu barədə çərşənbə axşamı keçirilmiş brifinqdə ÜST rəsmisi Marqaret Harris bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tam təhlükəsiz və effektiv olmayan heç bir koronavirus peyvəndini təsdiq etməyəcək və vaksin sınaqlarının üçüncü fazasını həyata keçirən bütün dövlətlərdən nəticələri gözləyir.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilmiş brifinqdə ÜST rəsmisi Marqaret Harris bildirib.

"İndi istifadə olunan heç bir vaksin testin üçüncü mərhələsini tamamlamayıb. Bütün tərəfdaşlarımız onların (testlərin – red.) aktivliyi barədə bizə məruzə edirlər. ÜST peyvəndlər haqqında dəqiq məlumatlar və nəticələr əldə etmək istəyir. ÜST-ün baş direktoru bildirib ki, biz tam təhlükəsiz olmayan və effektivliyi sübut olunmamış heç bir vaksini qəbul etməyəcəyik", - o bildirib.

Xəbəri paylaş

VİDEOLAR