ÜST daha bir koronavirusa qarşı vaksinin istifadəsinə icazə verdi

ÜST daha bir koronavirusa qarşı vaksinin istifadəsinə icazə verdi

ÜST-nın baş direktoru mətbuat konfransında, peyvənd istehsalını artırmağa zərurət olduğunu bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında, peyvənd istehsalını artırmağa zərurət olduğunu bildirib. “AstraZeneca” əczacılıq şirkətinin istehsal etdiyi Kovid-19 əleyhinə peyvəndin təcili istifadə edilməsinə icazə verildiyini ifadə edən Qebreyesus, peyvəndlərin Cənubi Koreyadakı “AstraZeneca-SKBio” və “Hindistan peyvənd İnstitutu tərəfindən istehsal edildiyinə diqqət çəkib.

ÜST Baş direktor müavini Dr. Mariangela Simao da bu günə qədər peyvənd təmin edə bilməyən ölkələrdə səhiyyə işçilərinin və risk altındakı əhalinin peyvənd olunmasına başlanacağını bildirib.

Qeyd edək ki, “AstraZeneca” peyvəndin istifadəsinə İngiltərə, Hindistan, Argentina və Meksika da daxil olmaqla 50-dən çox ölkə icazə vermişdi.

Xəbəri paylaş

VİDEOLAR