Uqandada xüsusi təhlükəli canilər həbsxanadan qaçıb.
Rasthaber Azərbaycan xəbər verir ki, Uqandada 219 xüsusi təhlükəli cani həbsxanadan qaçıb.
Qaçış Moroto şəhərində baş tutub. Cinayətkarlar tüfəng və döyüş sursatlarını ələ keçiriblər, hərbçini qətlə yetiriblər, daha sonra isə qaçaraq gizləniblər.
Məhbuslar tanınmamaları üçün sarı rəngli həbsxana formalarını dəyişiblər. Onlar cəngəlliklərdə gizləniblər. Qaçaqların axtarışına ordu cəlb edilib.
Qeyd edək ki, Moroto şəhərindəki həbsxanaya olduqca ağır cinayətlər törətmiş şəxsləri göndərirlər.