Bu, o deməkdir ki, dünya turizmi 1990-cı il səviyyəsinə geri dönüb.
Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, turizm sahəsi 2020-ci ilin ilk 10 ayı ərzində koronavirus və onunla bağlı məhdudiyyətlərə görə 935 milyard dollar itirib.
Bu barədə BMT Ümumdünya Turizm Təşkilatı məlumat verib.
“Yanvardan oktyabradək turizm istiqamətləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon az xarici turist qəbul edib”, – deyə qeyd edilib.
Bu, o deməkdir ki, dünya turizmi 1990-cı il səviyyəsinə geri dönüb.
Təşkilatdan bildirilib ki, proqnozlara əsasən, beynəlxalq səyahətçilərin sayı 2020-ci ildə 70-75% azalacaq.
Xatırladılıb ki, 2019-cu ildə ölkələr arasında səyahət edən turistlərin sayı 1,5 milyarda çatırdı.