Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Baş Katibi və Hizbullah lideri görüşdülər

Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Baş Katibi və Hizbullah lideri görüşdülər

Görüş Beyrutda baş tutub.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Baş Katibi Ayətullah Rza Ramazani və onu müşayiət edən nümayəndə heyəti Livana səfər edərək Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi ilə görüşüb.

Livanın paytaxtından baş tutan görüşdə Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Baş Katibi ilə Höccətül-İslam vəl-Müslimin Seyyid Həsən Nəsrullah Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının planlarını və fəaliyyətlərini həmçinin bölgədəki son siyasi hadisələri də müzakirə ediblər.

Qeyd edək ki, cənab Hüccətül-İslam vəl-Müslimin Seyyid Həsən Nəsrullah, Ümümdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının üzvüdür.

Xəbəri paylaş

VİDEOLAR