Ukraynalı diplomatdan Krımla bağlı müharibə mesajı

Ukraynalı diplomatdan Krımla bağlı müharibə mesajı

Roman Bessmertnıy "hərbi əməliyyatlar"la bağlı təkliflə çıxış edib

Rasthaber Azərbaycan Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın Donbas danışıqlarındakı keçmiş nümayəndəsi, ölkənin Belarusdakı sabiq səfiri Roman Bessmertnıy Krımın geri qaytarılması üçün hərbi əməliyyat keçirməyi təklif edib.

Diplomat deyib ki, Krım yarımadasının itirilməsinin ilk 5 ilində Kiyev dinc reinteqrasiyanın köməyi ilə nəzarəti bərpa edə bilərdi.

“5 ildən sonra şübhə yoxdur ki, bu problemlərin yeganə həlli yolu bu ərazilərin qaytarılmasıdır”, – deyə Bessmertnıy bildirib və “ərazilərin güc yolu ilə qaytarılmasını” təklif edib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi ilk olaraq adadan “loyal olan” hər kəsi köçürtməlidir, daha sonra isə “bu problemi ordunun, müdafiə kompleksinin qurulması və hərbi əməliyyatların planlaşdırılması yolu ilə həll etməlidir”.

Xəbəri paylaş

VİDEOLAR