Bu barədə şəhər şurasının deputatı Sergey Alekseyev məlumat verirb.
Rasthaber xəbər verir ki, Ukraynanın Uman şəhəri sakinləri və pandemiya ilə bağlı xaricilərin ölkəyə girişinə qadağa tətbiqindən öncə Ukraynaya gələ bilmiş Hasidi yəhudiləri arasında münaqişə baş verib.
Bu barədə şəhər şurasının deputatı Sergey Alekseyev məlumat verirb.
Yayılmış videoda görünür ki, yerlilər hasidlərə müvəqqəti qalma yerlərinə getməyə imkan vermirlər. İnsanlar polis çağırsalar ki, hadisə yerinə gələn polislər yerlilər və yəhudi zəvvarlar arasında münaqişənin olmamasına nəzarət edirdilər.
Uman sakinləri bildirirlər ki, onların etirazına səbəb zəvvarların qeyri-qanuni tikilmiş binada məskunlaşmaq istəmələri olub.
Xatırladaq ki, Hasidi zəvvarlar hər il Uman şəhərinə gələrək yəhudi yeni ilini qeyd edirlər və XVIII-XIX əsrlərdə yaşamış Bratslav hasidizminin qurucusu rabi Nahmanın qəbrində dua edirlər. Bu ilki tədbirlər 23 sentyabr – 4 oktyabr tarixlərinə düşüb. Daha öncə isə Uman meri bildirmişdi ki, COVID-19 səbəbi ilə Hasidi zəvvarların ənənəvi formatda gəlişi qeyri-mümkündür. Ukrayna nazirlər kabineti naziri Oleq Nemçinov deyib ki, bu il Uman şəhərinə 5-10 min zəvvarın gəlişi gözlənilir və ölkə rəhbərliyi pandemiyaya səbəbi ilə kütləvi zəvvarlığa görə narahatdır. Daha öncə də Ukrayna DİN bəyan edib ki, əcnəbilərin Uman şəhərinə girişinin məhdudlaşdırılması qərarı qəbul edilib.