Ukraynada son sutkada koronavirusdan ölüm faktı ilk dəfədir 200-ü keçib.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 201 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 8125 nəfərə çatıb.
Ötən gün Ukraynada 9721 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların ümumi sayı 440 min 188-ə çatıb, 195 min 544 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Odessa, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.