Ukrayna XİN: Azərbaycanın mövqeyini dəstəkləyirik

Ukrayna XİN: Azərbaycanın mövqeyini dəstəkləyirik

Kiyev Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.

Rasthaber İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in başçısı Dmitri Kuleba bəyan edib.

“Biz, sözsüz ki, istənilən dövlətin ərazi bütövlüyünün tərəfdarıyıq. Ukrayna hər zaman bu mənada Azərbaycanı dəstəkləyir, Azərbaycan isə Ukraynanı dsətəkləyib, burada danışmağa belə dəyməz”, – Kuleba BBC kanalına müsahibəsində vurğulayıb.

Həmçinin, ukraynalı nazir qeyd edib ki, əgər Azərbaycan və Ermənistan tərəfləri kömək üçün müraciət edəcəkləri halda rəsmi Kiyev Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçi rolunda çıxış edə bilər.

Eyni zamanda, Kuleba Türkiyəni Ukraynanın strateji tərəfdsaşı adlandırıb. Xüsusilə, Kiyev Ankara ilə əməkdaşlığı fəal inkişaf etdirmək niyyətindədir.

Xəbəri paylaş

VİDEOLAR