Ukrayna və Rusiya arasında müharibə olacaqmı?

Ukrayna və Rusiya arasında müharibə olacaqmı?

Ukrayna prezident ofisinin başçısı Andrey Yermak cavablandırıb

Rasthaber Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Krımın su ilə təminatı məsələsində Rusiya ilə müharibənin lazım gələcəyi ssenarini gözdən keçirmir.

Bunu Ukrayna prezident ofisinin başçısı Andrey Yermak bildirib.

“Xeyr. müharibə olmayacaq. Hesab edirəm ki, bu, cəmiyyətdə mövcud olan manipulyasiyadır”, – deyə Yermak Rusiya ilə mümkün münaqişəyə dair şayiələri təkzib edib.

“Gəlin açıq danışaq: bu gün su Krımda yaşayan insanlar üçün çayır”, – deyə o, qeyd edib.

Ukrayna rəsmisi yarımadanın bir gün Ukrayna tərkibinə geri dönəcəyinə ümidini də ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR