Bu barədə Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsindən məlumat verilib.
Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, Ukrayna Türkiyə istehsalı olan PUA-ların alışını davam etdirməyi planlaşdırır.
Bu barədə Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsindən məlumat verilib.
Razılıq Türkiyə nümayəndə heyətinin Kiyev səfərində əldə edilib. Danışıqlara Türkiyə Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Dəmir başçılıq edib.
“Türkiyə və Ukraynanın müdafiə sahəsindəki əməkdaşlığı artır. Ukrayna HDQ ehtiyaclarının təmin edilməsi məqsədi ilə ADA sinifli korvetlər inşa ediləcək. Bundan başqa, “Bayraktar TB2” zərbə PUA-larının yeni partiyasının alışına dair müqavilə də imzalanıb”, – deyə qeyd edilib.
Bildirilir ki, Ukrayna bununla Qara və Azov dənizlərindəki təhlükəsizliyini möhkəmlətmək istəyir.