Ukrayna Rusiya ilə ehtimal olunan gərginliyin bütün Avropa üçün fəlakətli nəticələri olacağını bildirib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Ukrayna sərhəddinə yaxın bölgələrdə hərbi yığınağını davam etdirərkən, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda danışıqlar aparıb.
Oleksiy Reznikov ABŞ Müdafiə Nazirliyində (Pentaqon) ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.
Pentaqonun mövzuyla bağlı bəyanatında bildirilib ki, tərəflər Rusiyanın regiondakı fəaliyyəti də daxil olmaqla bir sıra təhlükəsizlik məsələlərinə toxunub və avqustun 31-də imzalanmış ABŞ-Ukrayna Strateji Müdafiə Çərçivə Sənədində qeyd olunan birgə ümumi prioritetləri irəlilətmək üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.
"Rusiyanın Ukraynada hər an gərginliyi artıra biləcəyini çox yaxşı bilirik. Ölkəmizi və uşaqlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu mümkün gərginlik, şübhəsiz ki, bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bunun baş verib-verməyəcəyi isə bu təcavüzə qarşı əsasən dünyanın birliyindən və əzmi üzərindən, qətiyyətli olmasından asılıdır” -deyə Reznikov qeyd edib.