Ukrayna prezidentindən Krım mesajı

Ukrayna prezidentindən Krım mesajı

Zelenski Krımı ölkə tərkibinə geri qaytarmaq niyyətində olduğunu deyib

Rasthaber Azərbaycan xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Krımı ölkə tərkibinə geri qaytarmaq niyyətində olduğunu deyib.

“Biz onu geri qaytaracağıq”, – deyə o bildirib.

Lakin Zelenski qeyd edib ki, 6 il ərzində Qərb ölkələri ilə Rusiyaya qarşı sanksiyalarla bağlı razılıqlardan başqa bu məsələnin həlli üçün “ciddi və effektiv meydança” yaradılmayıb.

Həmçinin o, “Normand görüşlərinin” iştirakçılarının bütün diqqətlərini Donbasdakı münaqişəyə ayıraraq Krım məsələsini müzakirə etmək istəməmələri ilə bağlı təəssüf hissini ifadə edib. O qeyd edib ki, Ukrayna üçün bu məsələlər bərabərdir.

Xatırladaq ki, 2014-cü ildə Ukraynadakı “Maydan” hadisələrinin fonunda Krım Rusiyaya birləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR