Ukrayna Prezidenti: Ukraynalılar karantindən yorulublar

Ukrayna Prezidenti: Ukraynalılar karantindən yorulublar

Prezident bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi telefon danışığında bildirib.

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ukraynalılar koronavirusla bağlı karantin məhdudiyyətlərindən yorulublar.

O, bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi telefon danışığında bildirib.

Qeyd edilir ki, tərəflər Ukrayna və Azərbaycanda koronavirusun yayılması ilə mübarizə üçün atılan addımları və epidemik vəziyyəti müzakirə ediblər.

Zelenski deyib ki, Ukraynada COVID-19 xəstələri arasında digər ölkələrlə müqayisədə ölüm halları aşağıdır və əlavə edib ki, Ukrayna vətəndaşları karantin məhdudiyyətlərindən artıq yorulublar.

Xəbəri paylaş

VİDEOLAR