Məhkəmə onun barəsində ekstradisiya qərarı çıxarıb.
Rasthaber Unian-a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Jitomir şəhərində İnterpolun axtarışında olan İŞİD terrorçusunu tutublar.
UTX-ın məlumatına görə, əslən Mərkəzi Asiya ölkələrinin birindən olan terrorçu cinayət məsuliyyətindən qaçmaq üçün Ukrayna ərazisinə gəlib.
Qeyd edilir ki, şübhəli yaşayış icazə alaraq ölkə ərazisindəki mövcudiyyətini leqallaşdırmaq istəyirdi.
Məhkəmə onun barəsində ekstradisiya qərarı çıxarıb.