Ukrayna indiki haldakı mövcudiyyətini dayandıra bilər

 Ukrayna indiki haldakı mövcudiyyətini dayandıra bilər

Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin başçısı Mixail Saakaşvili açıqlama verib

Rasthaber Azərbaycan “Ukrayna 24” telekanalına istinadən xəbər verir ki, Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin başçısı Mixail Saakaşvili hesab edir ki, yerli hakimiyyət orqanlarının hərəkətlərinə görə Ukrayna indiki haldakı mövcudiyyətini dayandıra bilər.

(“Xalqın) xidmətçisi (partiyasının) ötən il mərkəzi hakimiyyətdən irəli sürdüyü qüvvələrin böyük revanşı hazırlanır”, – deyə o bildirib.

Onun sözlərinə görə, yerli məmurlar öz regionlarında “şəxsi ordular” yaradılar və bu birləşmələri dövlət büdcəsindən maliyyələşdirirlər.

Vəziyyət belədir: yerli feodallara bütün büdcə verilib, onlar orada qudurğanlıq edirlər. Oğurladıqları 80%-dən əlavə, qalan pullarla da şəxsi ordular yaradırlar”, – deyə o qeyd edib.

Burada Odessada bələddiyə mühafizəsi var, (onlar) əsl başkəsənlərdir. Onlar formada və əllərində silahla gəzirlər və büdcə hesabına maliyyələşirlər. Onların bir hissəsi Ukraynadan qopmağa hazırlaşırlar, buna heç bir şübhə yoxdur. Əgər sərt bir şey etməsək, biz bu haldakı Ukraynanı itirə bilərik. Digər bir hissəsi isə Kiyevdə hayıflarını almağa hazırlaşır”, – deyə Saakaşvili əlavə edib.

 

mənbə

Xəbəri paylaş

VİDEOLAR