"Ukrayna da daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik"

"Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü vurğulayırıq və müharibənin dayandırılmasını və tərəflərin diqqətini siyasi həllə yönəltməsini tələb edirik".

Omanın xarici işlər naziri Seyid Bədr bin Həməd bin Həmud əl Busaidi rəsmi danışıqlar aparmaq üçün dünən Tehrana gəlib.

Az.rasthaber.com xəbər verir ki, Busəidi Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan qarşılayıb.

İki nazir təkbətək görüşdən sonra mətbuat konfransı keçiriblər.

"İran və Oman arasında ticarət həcmi son 22 ayda 2,5 dəfədən çox artıb. Tezliklə Tehranda iki ölkənin birgə iqtisadi komissiyası keçiriləcək", - Əmir Abdullahiyan bildirib.

İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına Əmir Abdullahiyan da reaksiya verib:

"Təəssüflər olsun ki, bəzi Avropa ölkələri müqəddəs kitablara hörmətsizlik etməkdə davam edirlər. Biz terrorizmi, zorakılığı və ekstremizmi təbliğ edən bu cür əməlləri qətiyyətlə pisləyirik".

Əmir Abdullahiyan Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında keçirilən 6-cı Strateji Dialoq Görüşünün birgə bəyanatına reaksiya verərək deyib:

"Biz İranın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi ilə bağlı heç kimə səbr etməyəcəyik. Dünən Rusiya hakimiyyətindən diplomatik kanallar vasitəsilə bəyanatlar aldıq. Bu izahatları yetərli görmürük. Biz Rusiyanın və ya hər hansı digər tərəfin İranın ərazi bütövlüyünə müdaxiləsinin davam etməsini qəbul etmirik".

Əmir Abdullahiyan Ukrayna-Rusiya müharibəsinə toxunaraq deyib:

“Ukrayna da daxil olmaqla bütün ölkələrin ərazi bütövlüyünü vurğulayırıq və müharibənin dayandırılmasını və tərəflərin diqqətini siyasi həll yoluna yönəltməsini istəyirik”.

Xəbəri paylaş

VİDEOLAR