Təxribatçı yəhudi köçkünlər yenə Əl-Əqsa ərazisinə soxulublar

Təxribatçı yəhudi köçkünlər yenə Əl-Əqsa ərazisinə soxulublar

Fələstin tərəfi bu cür təxribatçı addımların neçə gündür davam etdiyini bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, yəhudi köçkünlər İsrail polisinin mühafizəsi altında Qüds şəhərindəki əl-Əqsa məscidinin ərazisinə soxulublar.

Qüdsün İslami Fondlar İdarəsinin məlumatına görə, 61 yəhudi köçürülmüş radikal Bab əl-Məqaribə qapısından məscid ərazisinə daxil olub.

Sionist fanatiklər İsrail polisinin mühafizəsi altında ərazidə gəzdikdən  sonra oradan uzaqlaşıblar.

Onların günün ikinci yarısında da məscid ərazisinə soxulacaqları ehtimalı var.

Fələstin tərəfi bu cür təxribatçı addımların neçə gündür davam etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR