Twitterin anti-İslam təbliğatı aparan partiyanı cəzalandırması çox sürmədi

Twitterin anti-İslam təbliğatı aparan partiyanı cəzalandırması çox sürmədi

“Twitter” sosial şəbəkəsi İspaniyanın ultrasağçı “Vox” partiyasının rəsmi hesabını müvəqqəti olaraq bağlamışdı

Rasthaber xəbər verir ki, buna səbəb partiyanın anti-İslam təbliğatı aparması olub.
“Twitter Spain” elan edib ki, partiyanın sosial şəbəkədə başlatdığı “İslamlaşmaya yox!” adlı kampaniyası şirkətin “dözümsüzlük yayılmasına qadağa” tələbini pozur.

Sözügedən kampaniyanı “Vox” yanvarın 28-də başladıb və onu fevralın 14-də Kataloniyada keçiriləcək yerli parlamentə seçkilərlə əlaqələndirib. Kampaniya çərçivəsində müsəlmanların və Şimali Afrikadan olan miqrantların Kataloniyada və Kanar adalarında törətdikləri cinayətlər xatırlanır, onlara qarşı yönələn paylaşımlar edilirdi.

“Vox”un lideri Santyaqo Abaskal isə “Twitter”i “demokratiyanın senzurasında” ittiham edərək, məhkəməyə müraciət edəcəyini söyləyib.

Bundan sonra Twitter partiyanın hesabını açıb.

Xəbəri paylaş

VİDEOLAR