"Twitter" bütün dünyaya yalanlar yayır - Bayden

ABŞ prezidenti Co Bayden Amerikada fəaliyyət göstərən sosial mediaların müəyyən məqsədlərə xidmət edərək yalan məlumatlar yaydıqları barədə tənqidlərə qatılıb.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, məlumata görə Co Bayden Çikaqoda çıxışı zamanı Twitteri kəskin tənqid edərək deyib:

"Twitter" bütün dünyaya yalanlar yayan sosial media platformasıdır”.

“İndi biz nədən narahatıq: İlon Mask bütün dünyaya yalan yayan bir instrumenti əldə edir”, - deyən Bayden iş adamının “Twitter“i satın almasından narahatlığını ifadə edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp da Amerikanın bəzi məşhur medialarını kəskin tənqid edirdi və onları həqiqətləri əksinə göstərmək və yalan yaymaqda ittihamlandırırdı.

Xəbəri paylaş

VİDEOLAR