Dünən çıxışı zamanı peyvəndlə bağlı açıqlama səbəb göstərilir
Dünən çıxış edən İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin çıxışındakı peyvəndlə bağlı açıqlaması Twitter-in hədəfinə tuş gəlib.
Rasthaber Azərbaycan xəbər verir ki, Ayətullah Xamenei dünən ABŞ və ingilis vaksininin ölkəyə idxal edilməsinin qadağan olunduğunu elan edərək “Amerikalılar vaksin istehsal edə bilsəydilər, bu korona biabırçılığı ölkələrində meydana gəlməzdi və bir gün ərzində təqribən 4 min nəfər həlak olmazdı. Bundan əlavə, əsasən, onlara heç inam yoxdur. Bəzən bu vaksinlər xalqlar üzərində sınaqdan keçirmək məqsədi daşıyır. Fransızların çirkləndirilmiş hemofiliya qan məhsulları ilə bağlı keçmişlərinə görə onlara qarşı da nikbin deyiləm. Ancaq digər ölkələrdən vaksin gətirilməsinin heç bir problemi yoxdur”, -deyə bildirmişdi.