Tvitterdən Səudiyyənin "trol ordu"suna zərbə

Tvitterdən Səudiyyənin

Tvitter trol fəaliyyətinə görə bu hesabları bağladığını bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Tvitter sosial şəbəkə şirkəti ekstremizmi yaymağa, terror fəaliyyətlərinə və səud başçılarının tabeliyində olmasına görə, Ərəbistana aid olan altı min istifadəçi hesabını bağlayıb.

Sosial şəbəkə şirkəti bildirib ki, bağlanan hesablar səudiyyəli rəsmilərə aid olub.

Tvitter trol fəaliyyətinə görə bu hesabları bağladığını bildirib.

"Bu hesablar səud rəsmilərinə dəstək istiqamətində olan mesaj, paylaşımlar yayır, əks fikirləri kontekstdən çıxarır, bəyənir və mesajlara cavabı təbliğ edirdilər.", -deyə Tvitter bildirib.

Tvitter bildirib ki, öz araşdırmalarında “Smaat” şirkətinə aid olan istifadəçi hesablamalarına çatıb və onların hamısını bağlayıbdır.

Bu şirkət səud vəliəhdi Muhəmməd bin Salmanın xüsusi ofisinin müdiri Bədr Ələskərə və Əhməd Əlcəbreynə aiddir. Onların ikisi də tvitter-dən casusluqda ittiham olunur.

Tvitter bu qənaətdədir ki, səudların istifadəçi hesabları Qərbdə İrana qarşı sanksiyalar üstündə irəli sürülən bəhslər prosesinə təsir göstərməyə çalışırlar.

Tvitter şirkəti bundan öncə də digər ölkələrə qarşı media hücumuna görə, əmirliklərə və Misirə aid olan dörd min istifadəçi hesabını silmiş və ya dondurmuşdu.

Xəbəri paylaş

VİDEOLAR