​​​​​​Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayır

​​​​​​Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayır

Türkmənistan, Azərbaycan və İran arasında imzalan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minəcək.

Az.rasthaber.com xəbər verir ki, müqavilə Türkmənistandan Azərbaycana satılacaq və İran vasitəsilə nəql ediləcək 1,2-2 milyard kubmetr təbii qazı nəzərdə tutur.

Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılacaq və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdiriləcək. Müqavilənin bitmə tarixi yoxdur.

Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz satacaq.

 

Xəbəri paylaş

VİDEOLAR