Türkiyəyə gedən Azərbaycan yanğınsöndürənləri çətin anlar yaşayıblar
Türkiyədəki meşə yanğınlarını söndürmək üçün gedən Azərbaycan yanğınsöndürənləri çətin anlar yaşayıblar.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə telekanalları süjet yayıblar.
Süjetdə yanğınsöndürənlərdən biri alovlar arasında qaldığı, çətin anlar yaşadığı və çətinliklə həyatının xilas olduğu göstərilib.
Qeyd edək ki, Azərbaycandan təyyarə ilə birlikdə ilk olaraq 100, daha sonra bu gün yeni yanğınsöndürən qrupu Türkiyəyə çatıb.