Türkiyənin yeni növ koronavirudan son 24 saatda 81 ölüm faktı qeydə alınıb.
Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 81 ölüm faktı qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 29 min 777 nәfәrә çatıb.
Ölkədə gün ərzində 184 min 452 nəfər testdən keçirilib. Onlardan 20 min 49 nəfərdə virus əlaməti aşkarlanıb, 902 nəfər müalicəyə cəlb olunub.
Müalicəsi tamamlanan 18 min 615 nəfərlə, sağalanların sayı 2 milyon 770 min 638 nəfərə yüksəlib.