Türkiyənin son koronavirus statistikası (13.04.2021)

Türkiyənin son koronavirus statistikası (13.04.2021)

Türkiyədə yeni tip korona virusundan aprelin 12-də 243 nəfər dünyasını dəyişib

  Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 12-də 243 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 34.182 olub.

  Bir gündə 301 min 68 test edilərək 2671 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 54.562-dir.

  Müalicəsi tamamlanan 41.218 nəfərlə yaxşılaşanların sayı 3 milyon 372 min 629-a yüksəlib.   

  Bu arada Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca elmi qrupla iclasdan sonra məlumat verərək bildirib: “Yeni yoluxma hallarının 85 faizi “İngiltərə mutasiyası” qaynaqlıdır. Yaxınlarda həm tədbirləri artırmaq, həm də peyvənd müxtəlifliyini təmin edərək yerli vaksin istehsalı ilə hər kəsin immuniteti normallaşacaq. Yoluxmanın daha da artdığı yeni bir pik dövründəyik. Fərdlər arasında yaxın təmas olmaması üçün daha çox həssaslıq göstərilməsini istəyirik”.

Xəbəri paylaş

VİDEOLAR