Türkiyənin Sivas vilayətində 4.4 bal gücündə zəlzələ

Türkiyənin Sivas vilayətində 4.4 bal gücündə zəlzələ

Bazar ertəsi günü, 8 fevral gecə saatlarında Türkiyənin Sivas vilayətinin Gemerek rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Qurum təbii fəlakətin yerli vaxtla saat 01:01-də 4,4 bal gücündə olduğunu qeyd edir. Zəlzələdən sonra insanlar küçələrə axışıb.

AFAD Kayserinin Sarığoğlan bölgəsində gecə saatlarında 3.9 bal gücündə zəlzələnin qeydə alındığını da məlumat verib.

Xəbəri paylaş

VİDEOLAR