Türkiyənin S400-ləri NATO üçün təhlükədir

Türkiyənin S400-ləri NATO üçün təhlükədir

Bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

Rasthaber Azərbaycan DPA-ya istinadən xəbər verir ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket sistemləri (ZRK) NATO texnologiyaları ilə uyğun deyil.

Bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.

“Mən artıq dəfələrlə Türkiyəyə demişəm ki, Rusiyanın hava hücumundan müdafiə sistemi NATO texnologiyaları ilə uyğun deyil. S-400 sistemi NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya edilə bilməz. Bundan başqa, o (S-400), müttəfiqlərin təyyarələri üçün risk törədir”, – deyə o qeyd edib.

Stoltenberqin sözlərinə görə, bununla bağlı Türkiyənin digət NATO ölkələri ilə “Patriot” və ya “SAMP/T” sistemlərinin mümkün satışı ilə bağlı danışıqları alqışlayır.

O əlavə edib ki, “Patriot” və “SAMP/T” sistemləri NATO-nun müdafiə sistemlərinə inteqrasiya edilə bilər.

Xəbəri paylaş

VİDEOLAR