Türkiyənin Qaradəniz bölgəsində sel qurbanlarının sayı artıb

Türkiyənin Qaradəniz bölgəsində sel qurbanlarının sayı artıb

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib

Rasthaber Azərbaycan xəbər verir ki,  Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

  Ölənlərin 52-si Kastamonu, 9-u Sinop, biri isə Bartın sakinidir.

  Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.

Xəbəri paylaş

VİDEOLAR