Türkiyənin müdafiə naziri Fransa Senatının qərarını pislədi

Türkiyənin müdafiə naziri Fransa Senatının qərarını pislədi

Hulusi Akar açıqlama verərək bu qərarı sərt tənqid edib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib və qətnaməni pisləyib.

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıyan qətnaməni təsdiq edib.

 305 senator qondarma qurumun “tanınması” ilə bağlı qətnamənin lehinə səs verib. Yalnız bir nəfər buna qarşı çıxıb.

Xəbəri paylaş

VİDEOLAR