Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyanat yayıldı

Türkiyənin Milli Təhlükəsizlik Şurası bəyanat yayıldı

Milli Təhlükəsizlik Şurası (MTŞ) Türkiyənin Egey, Şərqi Aralıq dənizi ilə Kıbrısda (Kipr) beynəlxalq hüquqlara əsaslanan maraqlarını qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında Prezident Kompleksində keçirilən MTŞ iclasından sonra bəyanat yayılıb.

Bəyanatda yığıncaqda bölgədəki qeyri-sabitliyin əsas qaynağı olan terror təşkilatlarının Türkiyənin cənub sərhəddindəki qonşularının torpaqlarındakı mövcudluğuna son qoymaq üçün atılan addımların da müzakirə olunduğu və məsələ ilə əlaqəli bütün beynəlxalq güclərin vəzifələrini yerinə yetirməyə dəvət edildiyi vurğulanıb.

Bəyanatda Türkiyənin Egey, Şərqi Aralıq dənizi ilə Kıbrıs məsələsinin həllində hər platformada ilkin olaraq diplomatiya və dialoqdan tərəf olunduğu qeyd edilib: "Ölkəmizin beynəlxalq hüquq və müqavilələrə əsaslanan hüquqlarını, maraqlarını və mənafelərini qorumaqda qərarlı olduğu bir daha vurğulanmışdır".

Bəyanatda ayrıca başda Somali olmaqla Afrika və dəyişik coğrafiyalardakı terror və zorakılıq hadisələri qınanaraq, Türkiyənin sülh üçün məsuliyyətlərini yerinə yetirməyə davam edəcəyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR