Türkiyənin milli müdafiə naziri Macarıstana səfər edib

Türkiyənin milli müdafiə naziri Macarıstana səfər edib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Macarıstanın paytaxtı Budapeştə səfər edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, fevralın 2-də Almaniyaya reallaşdırdığı səfərindən sonra Macarıstana gedən Akarı həmkarı Tibor Benko hava limanında qarşılayıb.

Əvvəlcə Budapeşt Türk Qəbiristanlığını ziyarət edən Akar Benko və Birinci Dünya Müharibəsi Galisiya Cəbhəsi Şəhidlərinin xatirəsinə tikilən abidəyə əklil qoyub.

Akar Benko ilə birlikdə Gül Baba Türbəsini və Mədəniyyət Mərkəzini də ziyarət edib.

Xəbəri paylaş

VİDEOLAR