2.02.2021 13:37:39
Akar rəsmi görüşlər keçirmək üçün Almaniyanın paytaxtı Berlinə səfərə gedib.
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar rəsmi görüşlər keçirmək üçün Almaniyanın paytaxtı Berlinə səfərə gedib.
Hulusi Akar Berlinə səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Annegret Kramp Karrenbauer ilə görüşəcək. Danışıqlarda Şərqi Aralıq dənizi ilə əlaqəli cərəyan edən proseslər müzakirə ediləcək mövzuların başında gedəcək.