5.04.2021 11:18:00
Bir gündə 246 min 210 test edilərək 1508 yeni xəstə müəyyən edilib.
Türkiyədə yeni tip korona virusundan (Covid-19) aprelin 4-də 185 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 32.263 olub.
Bir gündə 246 min 210 test edilərək 1508 yeni xəstə müəyyən edilib. Gündəlik yoluxma sayı 41.998-dır.
Müalicəsi tamamlanan 22.674 nəfərlə yaxşılaşanların sayı 3 milyon 105 min 350-yə yüksəlib.