Türkiyənin İsraildəki səfiri vəzifəsindən azad olunub

Türkiyənin İsraildəki səfiri vəzifəsindən azad olunub

Türkiyənin İsraildəki səfiri Mustafa Kemal Ökdem tutuduğu vəzifədən azad edilib.

“Report” xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Mustafa Kemal Ökdem 2010-cu ildə Türkiyə ilə İsrail arasında baş vermiş “Mavi Mərmərə” böhranından sonra səfir təyin edilmişdi.

Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 4 beynəlxalq təşkilatdakı daimi təmsilçisini və 22 dövlətdəki səfiri tutduğu vəzifədən azad edib, həmçinin 26 ölkəyə yeni səfir təyinatları olub.

Xəbəri paylaş

VİDEOLAR