Türkiyənin iki şəhərində İŞİD-ə qarşı anti-terror əməliyyatı keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Məlumata görə, İstanbul və Adanada keçirilən əməliyyat zamanı 14 nəfər şübhəli saxlanılıb.
Tibbi müayinədən sonra şübhəlilər polis istintaqına cəlb olunublar.
Şübhəlilərin İŞİD-ə bağlı "Yamaçlı Qrup"un yenidən fəaliyyətə başlaması ilə bağlı saxlanıldıqları önə çəkilib.
Saxlanılanların 2-si İstanbulda, 12-si isə Adanada keçirilən əməliyyatlar zamanı saxlanılıblar.