Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Liviyaya səfər etdi

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Liviyaya səfər etdi

O Liviyanın Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Mәhәmmәd әş-Şәriflә görüşüb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyәnin Hәrbi Dәniz Qüvvәlәrinin komandanı, admiral Adnan Özbal Liviyaya sәfәr edib.

Admiral Adnan Özbal Liviyaya etdiyi sәfәr çәrçivәsindә bu ölkәnin Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Mәhәmmәd әş-Şәriflә görüşüb.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akarın direktivlәri çәrçivәsindә dünәn Liviyaya gedәn Özbal paytaxt Tripolidә liviyalı vә türkiyәli rәsmilәr tәrәfindәn qarşılanıb.

Adnan Özbal Liviya Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Şәrif ilә hәrbi dәniz bazasında bir araya gәlib.

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib.

Xəbəri paylaş

VİDEOLAR