27.12.2020 11:19:40
Türkiyənin Elazığ bölgəsində 5.3 bal gücündə zəlzələ olub.
Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yer titrəməsi yerli saatla 09:37-də baş verib.
Dağıntı və tələfat haqqında məlumat verilməyib.
Qeyd edək ki, dünən də bu bölgədə zəlzələ baş vermişdi.