Türkiyənin Adana şəhərində FETÖ-ya qarşı növbəti əməliyyat keçirilib
Rasthaber Azərbaycan İHA-ya istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində FETÖ terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib.
Səhər saatlarında keçirilən əməliyyat zamanı qruplaşmanın "məhrəm imam"ları ilə əlaqədə olan 8 şübhəli saxlanılıb.
İttihama görə, saxlanılanlar FETÖ qruplaşmasının üzvü olmaqla yanaşı, qruplaşmanın lehinə fəaliyyətlər aparıblar.
Onların bağlanan FETÖ dərnəklərinə maddi yardım etdikləri də ittihamnamədə yer alıb.