Türkiyə Ərəb Liqasının baş katibi Əhməd Aboul Qeytin ‘‘Pәncә-Qartal’’ әmәliyyatı ilә bağlı açıqlamasına reaksiya göstәrib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ərəb Liqasının baş katibi Əhməd Aboul Qeytin Türkiyə Silahlı Qüvvələri tərəfindən hәyata keçirilәn ‘‘Pәncә-Qartal’’ әmәliyyatları ilə bağlı açıqlamasına münasibәt bildirib.
"İraqdan illәrdir ölkәmizә hücum edәn separatçı terror tәşkilatı PKK-ya deyil dә bu terror tәşkilatına qarşı iyunun 14-dә hәyata keçirilәn ‘‘Pәncә-Qartal’’ әmәliyyatına verilәn reaksiyanı rәdd edirik’’,-deyә Hami Aksoy qeyd edib.
Hami Aksoy Əhməd Aboul Qeytin yalnız Türkiyәni deyil, Әrәb Liqasına üzv olan İraqın suverenliyini sarsıdan PKK terror tәşkilatının vәhşiliklәrini görmәzlikdәn gәldiyini deyib.
Digər tərəfdən, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop "Twitter" səhifəsində İraqın şimalındakı Haftanin bölgəsində həyata keçirilən əməliyyat "Pənəcə-Qartal" paylaşmasında "Bölgəmizdə sülhün bərqərar olması üçün vacib olan terrorla mübarizəmiz qətiyyətlə davam edir. Allah sərhədlərimizin qorunması və millətimizin xilası uğrunda mübarizə aparan qəhrəman əsgərlərimizin köməkçisi olsun" ifadələrindən istifadə edib.