Türkiyədən Norveçə PKK etirazı

Türkiyədən Norveçə PKK etirazı

Türkiyə Norveçə paytaxt Osloda təşkil edilən tədbirdə nümayiş etdirilən tabloda terror təşkilatı PKK/PYD/YPG təbliğatı aparıldığına görə reaksiya göstərib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin həmin mövzuya dair açıqlamasında "Oslo Bələdiyyəsi tərəfindən dəstəklənən tədbir çərçivəsində PKK/PYD/YPG terror təşkilatının təbliğatına xidmət göstərən sözdə qadın hüquqları mövzusunda bir tablonun ictimaiyyətə açıq yerdə nümayiş etdirilməsinə icazə verilmişdir. Diplomatik təşəbbüslərə baxmayaraq Oslo Bələdiyyəsinin israrla davam etdirdiyi mövqeyi ibarətamizdir" deyə bildirilib. 

Açıqlamada PKK-nın 40 mindən çox insanın ölümünə səbəb olan bir terror təşkilatı olduğunu xatırladılaraq qeyd edilib ki, PKK-nın yaşatdığı acılardan ən çox təsirlənənlər arasında qadınlar var.  PKK/YPG-nin uşaq qaçırma da daxil olmaqla cinayətləri ilə terror və cinayət təşkilatı olduğu insan haqları hüquqları hesabatlarında da yer alıb. Uşaqları terror təşkilatı tərəfindən qaçırılan və  təzyiqlə saxlanılan Diyarbakır Analarının fəryadı buna nümunədir. PKK-nın Suriyadakı qolu PYD/YPG də qadınlara qarşı istismarın əsas ünsürlərindən biridir.

Açıqlamada ayrıca terror təbliğatına son qoyulmasına çağrılaraq, "Terroriza müsamihə göstərənlərə bu illətin bir gün onların da başına bəla ola biləcəyini xatırlatmaq istəyirik" ifadələri yer alıb.

Xəbəri paylaş

VİDEOLAR